Çempionlar Liqası: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq

İdman
17:25 / 27.10.2020
3026
Azərbaycanın "Araz" klubunun futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibi bəlli olub.
Sfera.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda bu raunda Yunanıstan AEK-i ilə üz-üzə gələcək.
Duelin taleyi bir oyundan ibarət olacaq və görüş Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Yunanıstanda keçiriləcək. İlkin mərhələnin oyunları 24 - 29 noyabrda təşkil ediləcək.