Ərdoğan niderlandlı siyasətçini məhkəməyə verdi

Dünya
13:15 / 27.10.2020
2820
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland Krallığının ifrat sağçı "Azadlıq” partiyasının lideri Geert Vildersi təhqiramiz paylaşımlarına görə məhkəməyə verib.
Sfera.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Niderlandlı siyasətçi "Prezidenti təhqir” maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, bu yaxınlarda Hollandiyanın "Azadlıq” partiyasının sədri Geert Vilders öz tvitter hesabında Prezident Ərdoğana qarşı təhqiramiz karikatura paylaşmışdı.