Fransa Türkiyənin boykot çağırışına cavab verdi

Fransa Türkiyənin boykot çağırışına cavab verdi
"Türkiyənin Fransa istehsalı olan malları boykot etməsinə qarşılıq verməyəcəyik”.

Sfera.az  "CNNTurk”ə istinadən xəbər verir ki, bunu Fransanın ticarət naziri Frank Rister Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot çağırışına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti və R.T.Ərdoğanla görüşləri davam etdirəcəklər.

Qeyd edək ki, Aralıq dənizinin şərqində və Liviyadakı hadisələr, habelə Məhəmməd peyğəmbərin təhqir edilməsi ilə bağlı Parisdə yayılan şəkillər səbəbindən iki ölkə arasında gərginlik yaşanır. Fransa prezidenti Emmanuel Makron ötən ay rəsmi Ankaranın Aralıq dənizinin şərqində özünü "NATO müttəfiqi kimi aparmadığını” bildirib. Oktyabrın 26-da Rəcəb Tayyib ərdoğan ölkə vətəndaşlarına Fransa istehsalı olan məhsulları boykot etməyə çağırış edib.

Xatırladaq ki, Fransa Avropada Türkiyənin 3-cü böyük ticarət ortağıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 14,677 milyard avro olub. Bu, 10 il əvvəllə müqayisədə 47,4% çoxdur və ticarət dövriyyəsinin 17 milyard avroya qədər artırılması planlaşdırılır.

2014-cü ildən indiyə qədər Türkiyənin Fransaya ixracının dəyəri Fransanın Türkiyəyə ixracının dəyərini üstələyib. Məsələn, 2019-cu ildə sözügedən rəqəmlər müvafiq olaraq 8,7 milyard avro və 5,9 milyard avro olub.


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...