Hataydakı partlayışın təfərrüatları məlum oldu - ARAŞDIRMA

Hataydakı partlayışın təfərrüatları məlum oldu - ARAŞDIRMA
Türkiyənin Hatay əyalətinin İskəndərun rayonunda antiterror əməliyyatı zamanı baş verən partlayışla, terrorçularla bağlı bir sıra təfərrüatlar ortaya çıxıb.

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, terrorçular Suriyadan Amanos dağlarından Türkiyəyə gəliblər. Onlar təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Terrorçular asayiş keşikçilərindən yayınmaq üçün avtomobil qaçırıblar. Lakin avtomobili qəzaya uğradıblar. Bununla belə, digər avtomobilə əyləşərək qaçmağa başlayıblar. Ancaq həmin nəqliyyat vasitəsi barədə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına məlumat verilib. Təhlükəsizlik qüvvələri Payas ərazisində post quraraq terrorçularla atışmaya başlayıblar. Atışma zamanı terrorçulardan biri özünü partladıb, digəri isə qaçıb.

Qeyd edilir ki, terrorçular Türkiyəyə 1 həftə əvvəl gəliblər və onların qanunsuz silahlı qruplaşmaların üzvləri olmaları təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən vaxtında müəyyənləşdirilib. Terrorçular Türkiyə ərazisinə yaxşı bələd olmayıblar.

Xatırladaq ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bir qədər sonra digər terrorçunun da zərərsizləşdirildiyini bildirib.
 


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...