AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi - Nəhayət!

AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi - Nəhayət!
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair yazılı qətnamə qəbul edilib.
Sfera.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, qətnamə 44 parlamentari tərəfindən imzalanıb.
 
Qətnamədə bildirilir ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ görmür və bu istiqamətdə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir: "Minsk qrupu həmsədrlərinin çağırışlarına hörmətlə yanaşmağa və onların apardığı danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırırıq. Hər iki tərəf həmsədrlər ölkələrin – Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmalı və lazımi siyasi iradə göstərməlidir”.
 
Qətnamədə münaqişə zonasında gərginliyin artmasından narahatlıq ifadə olunur.

"Ağır artilleriya və raket qurğuları kimi iri çaplı silahlardan istifadə yolverilməzdir və bu mülki əhalinin həyatı üçün təhlükə yaradır. Biz mülki şəxslər də daxil olmaqla insan ölümünə görə təəssüflənirik. Atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və Minsk qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək”, - deyə qətnamədə bildirilir.

OXŞAR XƏBƏRLƏR

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...