"Zirə" Riçard Almeyda ilə müqavilə imzaladı

İdman
16:47 / 26.10.2020
1470
"Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb. Komandamız Riçard Almeydayla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.