COVID 19-un vaksinini kəşf edən türk şirkəti - BİONTECH - Siz də tanıyın!

12:34 / 26.10.2020
1006
Şirkətin qurucusu Uğur Şahin 1965-ci ildə Türkiyənin İskəndərun şəhərində dünyaya gəldi.
O, hələ 3 yaşında ikən işçi ailəsi Almaniyaya getdi.
*Ana-atası alman dilini kifayət qədər inkişaf etdirə bilməmişdi.
Evdə daim türkcə danışıldığı üçün alman dilini öyrənməkdə geri qaldı, ibtidai sinifdə çətinlik çəkdi.
Alman sistemi sərt idi, müəllimləri "bu oxuya bilməz" dedilər, dərsləri yaxşı qavraya bilməyən uşaqların göndərildiyi "hauptschule"a göndərmək istədilər.
İşçi köçünün ilk illəri idi, valideynləri hələ alman dilinə hakim olmadığı üçün onminlərlə türk uşaqla bu cür rəftar edildi.
Amma o şanslı idi...
Alman qonşuları yaxşı insan idi, onun əlindən tutdu, valideynlərinin əvəzinə onu məktəbə apardı, müəllimlər iclasa çağıranda o getdi, "bunu edə bilməzsiniz, təkcə qiymətlərə baxıb bu qərarı verə bilməzsiniz, uşaq bəlkə də hamımızdan ağıllıdır, sadəcə dili bilmir deyə özünü ifadə etməkdə çətinlik çəkir, ona daha bir şans verməlisiniz", - dedi.
Bu onun hayatının dönüş nöqtəsi idi.
Müəllimlər razılaşdılar, ondan yenidən imtahan götürdülər, özünü isbat etdi.
*Köln Universitetində tibb üzrə təhsil aldı. Professor oldu.
*Professor Uğur Şahin.
*Özləmlə tanış oldu.
*Özləm Türeci.
İstanbulda dünyaya gəlmişdi.
Onlar da Uğurun ailəsi kimi Almaniyaya köçmüşdülər.
Atası həkim idi.
Atasının yolundan gedib Saarland Universitetində tibb üzrə təhsil almışdı.
*Evləndilər.
*2008-ci ildə biyotexnologiya şirkəti "Biontech"i yaratdılar.
Xərçəngin müalicəsinə fokuslandılar.
*Elə ümidləndirici nailiyyətlər əldə etdilər ki, alman dərman sənayesinin divləri Andreas və Tomas Strünqmann qardaşlarının diqqətini çəkdilər.
Hər biri dörd milyard dollar şəxsi sərvəti ilə dünyanın ən varlı insanları siyahısında yer alan Strünqmann qardaşlar Uğur ilə Özləmin şirkətinə başlanğıc üçün 180 milyon dollar sərmayə qoydu.
*Amerikanın investisiya firması "Fidelity" sərmayə qoydu.
İngilis investisiya şirkəti "Janus Henderson" sərmayə qoydu.
Alman investisiya şirketi "MIG Fonds" sərmayə qoydu.
Avropa İnvestisiya Bankı sərmayə qoydu.
Alman hökuməti pul ayırdı.
*Bill Qeytsin diqqətini çəkdilər...
"Bill & Melinda Gates" Vəqfi 100 milyon dollar sərmayə qoydu.
*ABŞ texnologiya birjası "Nasdaq"da ictimaiyyətə açıldılar.
*"Biontech"də hazırda 1 100 nəfər işləyir. 400-ü elm adamıdır.
*Virusları təqlid edən nano-hissəciklər inkişaf etdirdilər, fərdi peyvəndlər istehsal etdilər, xərçəngin müalicəsi üçün ümid yaratdılar, 60-dan çox patent aldılar.
*Şirkətin hazırkı dəyəri doqquz milyard dollardır!
*Almaniyanın, ABŞ-ın ən nüfuzlu tibb mükafatlarına layiq görüldülər.
İran mükafat verdi.
Sadəcə beş ay öncə Tehranda təşkil edilən mükafat mərasimi ilə İranın ən nüfuzlu tibb mükafatı professor Uğur Şahinə təqdim edildi.
*"Biontech" idarəçiliyində Elmi Məsləhət Şurası var.
Şuranın sədri isveçrəli professor Rolf Zinkernaqeldir. Zinkernaqel Nobel Tibb mükafatı laureatıdır.
*İndi möhkəm dayanın!
*Hazırda bütün dünyada koronavirus peyvəndi istehsal etməyə ən yaxın vəziyyətdə olan 9 şirkət var. Onlardan biri "Biontech"dir.
*Professor Uğur Şahin ilə Özləm Türecinin şirkəti "Biontech" Çinin investisiya divi "Fosun International" ilə müqavilə imzaladı. Çinlilər hələlik 135 milyon dollar ödəyib.
Şirkət ödədiyi bu vəsaitin əvəzində peyvəndin Çində marketinq və PR-ı ilə məşğul olmaq haqqı qazanır.
*"Biontech" həmçinin ABŞ dərman divi "Pfizer"lə müqavilə imzaladı.
"Pfizer" 120 milyon dolları dərhal ödədi. Ümumilikdə 305 milyon dollar ödəyəcək.
"Pfizer" də bu pulun əvəzində peyvəndin dünya üzrə marketinq və PR-ından gələn gəlirə ortaq olacaq.
*"Biontech" elmi adı "BNT162” olan peyvəndin klinik sınaqlarına aprel ayının sonunda başlayacaq.
*Xülasə
Almaniyanın fürsət bərabərliyindən faydalanan iki türkün dünyayı xilas etmək ehtimalı var.
*Bir vaxtlar Almaniyaya "acı vətən” deyirdik...
Bahar Onur:
Dünyanın ilk koronavirus peyvəndi 2 həftə sonra apteklərdə olacaq, üstəlik bunu edən Almaniyaya köçmüş qürbətçi bir ailənin övladıdır desəm, inanardınız?
İnansanız da, inanmasanız da həqiqət budur!
İskəndərunlu qürbətçinin oğlu prof.dr. Uğur Şahinin tapdığı peyvəndin 6 noyabr 2020-ci il tarixində kütləvi istehsalı başladı.
Dünya ilk COVİD-19 peyvəndini istehsal edən "Biontech" şirkətinin sahibi Uğur Şahin ilə həyat yoldaşı Özləm Türəcidən danışır.
Ölkələr peyvəndi almaq üçün növbəyə yazılır.
2020-ci ilin sonuna kimi 100 milyon, 2021-ci ildə isə 1 milyard 300 milyon peyvənd istehsal ediləcək.
Bütün bunlardan sonra "Biontech"in hissə dəyəri 20 milyard avronu keçdi!
Uğur Şahin və Özləm Türeci bir anda Almaniyanın ən zəngin 100 ailəsindən biri oldu!