Küçədə sendviç yeyən 5 tələbəyə rekord cərimə

Dünya
12:12 / 26.10.2020
960
Belçikada yan-yana əyləşərək sendviç yeyən 5 tələbə
1250 avro məbləğində cərimə olunub.
Sfera.az xəbər verir ki, koronavirus infeksiyalarınıngündəlik 12 mini keçdiyi Belçikada karantin qaydalarını pozan tələbələr cəzalandırılıb.
Polislər şagirdlərə koronavirus tədbirlərini pozduqları üçün adambaşına 250 avro cərimə ödəyəcəklərini bildirib.
Qeyd edək ki, Belçikada 4 nəfərdən artıq insanın toplanması qadağan edilib.
Jalə Mehdi
Sfera.az