Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü — FOTO/VİDEO

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü — FOTO/VİDEO
Əməkdar artist Mətanət İskəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən "İst-Baku” restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Sfera.az musavat.com-a istinadla bildirir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günündəcə ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər "Artistlik edib "İnstagram”da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən...!”, "Bir-iki manata görə nə şəhid bildin, nə də vətən” və sairə bu kimi şərhlər yazıblar.


Çoxsaylı tənqidlərdən sonra adı çəkilən restoranın "İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.


Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:


"Bu nə biabırçılıqdır?! İstanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”




OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...