ABŞ-da Azərbaycan İcması Qarabağa dəstək aksiyası keçirdi - FOTO

ABŞ-da Azərbaycan İcması Qarabağa dəstək aksiyası keçirdi - FOTO
ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Qarabağa dəstək aksiyası təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.

Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb, özbək icmasının nümayəndələri iştirak edib. Tədbirdə aksiya iştirakçıları "Qarabağ Azərbaycandır!”, "Erməni yalanlarına son qoyun!, "Gəncə üçün ədalət!”, "Uşaqları öldürməyin!”, "Mülki şəxslər toxunulmazdır!”, "Erməni terrorçuluğuna son qoyun!”, "Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.

Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsində dəstəklədiyini bildirib.





OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...