Qarabağ dağlarında erməni terrorçuları - FOTOFAKT

Qarabağ dağlarında erməni terrorçuları  - FOTOFAKT
Ermənistanda hələ Qarabağ döyüşlərindən xeyli əvvəl yüksək rütbəli məmurlar, polkovniklər, ordu generalları, həmçinin döyüş sənəti ustalarının da daxil olduğu növbəti VOMA terror təşkilatı təşkil edilib.

Sfera.az xəbər verir ki, nasizm tərəfdarı Qaregin Njdenin ifadəsi quldur cəmiyyətinin şüarına çevrilib.

1989-cu ilin dekabrında qrup artıq "düşmən cəbhələri”ndə (Azərbaycan və Türkiyə nəzərdə tutulur) dərin kəşfiyyatla məşğul idi. 1990-cı ilin may ayından etibarən bu dəstə birbaşa Ermənistan silahlı qüvvələrinin baş komandanına tabe edilir.

Bir neçə ildir ki, VOMA könüllüləri, kürd silahlıları ilə yanaşı, Orta Şərqdən gələn terrorçularla birlikdə hərbi işin praktik və nəzəri öyrənilməsi ilə məşğul olur.

Bundan əlavə, illərdir qrup üzvləri – terrorçular vaxtaşırı olaraq Qarabağ dağlarında, eləcə də hərbi hissələrin ərazisində "sağqalma sənəti”, "düşməni necə tez öldürməli” və s. kimi təlimlər təşkil edib.

Bütün bunlar Qarabağda bu terror təşkilatının əsas nümayəndələrinin birinin məhvindən sonra üzə çıxıb. Azərbaycan Silahlı Qüvvələri Bədəl Gevorkoviç Safaryanı məhv edib. Onun dosyesi VOMA kataloqunda "görkəmli şəxsiyyətlər”in məlumatları ilə tamamilə üst-üstə düşüb.

Badal Safaryan bu terror təşkilatında "düşməni tez öldürmək” proqramının ən yaxşı təlimatçısı, eləcə də aykido və cüdo döyüş sənətlərinə mükəmməl yiyələnmiş idman ustası idi.

Qeyd edək ki, kataloqda ermənilər qürurla təşkilatın veteranlarının "Xocalı əməliyyatı”nda iştirak etdiklərini də yazır.
(axar.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...

Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi elan olundu

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Se...

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...