“Belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı” - Erməni nazirdən həyəcan təbili

“Belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı” - Erməni nazirdən həyəcan təbili
Əgər koronavirusun yayılmasının rekord tempi dayanmasa, Ermənistanı "İtalyan modeli" təhlükəsi gözləyir.

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan Xəstəliklərin Qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib.

Onun sözlərinə görə, ölkədə həkimlərə COVID-19 xəstələrini və ya yaralı əsgərləri seçmək kimi təhlükəli vəziyyət yarana bilər.

Abovyan qeyd edib ki, yoluxma sayında kiçik artım gözlənilirmiş: "Birincisi, mövsümi kəskinləşməyə görə, ikincisi, məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı”.

"Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: qoruyucu maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər", - Abovyanı deyib.

O, qeyd edib ki, COVID-19-un yoluxmasına həmçinin insanların aktiv hərəkəti, sıx ünsiyyət, toplaşmalar, könüllü kömək dəstələrinin formalaşması şərait yaradıb. (Report)

Xatırladaq ki, pandemiyada "İtalyan modeli" termini ötən qış İtaliyada bir gündə on minlərlə insanın təhlükəli infeksiyaya yoluxması, bəzən sutkada minlərlə insanın COVID-19-dan ölməsindən sonra yaranıb.

Qeyd edək ki, Ermənistanda ötən gün 2 mindən çox insanda COVID-19 aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...