Qəbələyə düşən raket 17 yaşlı oğlanı yaraladı

Qəbələyə düşən raket 17 yaşlı oğlanı yaraladı
Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumatı təqdim edirik:

Belə ki, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına "Skad” ballistik taktiki raketlər atmışdır. 

 

Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəymişdir.

Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşmüşdür.

Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....