Düşmənin 50 faiz hərbi texnika və silahı məhv edilib - VİDEO

Düşmənin 50 faiz hərbi texnika və silahı məhv edilib - VİDEO
Hər keçən gün döyüş meydanında aldığı zərbələrdən Ermənistan ordusu artıq tənəzzülə uğrayıb. Ötən gün Prezident İlham Əliyev xalqa müraciəti zamanı düşmənin məhv edilən və hərbi qənimət kimi götürülən texnikalarının sayını açıqladı.

Sfera.az-ın verdiyi məlumata görə, hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ali Baş Komandanın açıqladığı rəqmələr onu göstərir ki, düşmənin 50 faiz hərbi texnika və silahı məhv edilib. Ekspert sentyabrın 27-dən ötən günə qədər düşmənin məhv edilən və ya qənimət kimi götürülən texnikalarını minumum qiymətlə hesablayıb və onların hərbi arsenalına Azərbaycan Ordusu tərəfindən 4 milyard dollardan çox zərər dəydiyini açıqlayıb.

Ekspert deyib ki, məhv edilən 198 ədəd topun hər birinin qiyməti 200 min dollardan başlayır, ümumi məbləğ 39 milyon 600 min dollardır. 58 ədəd minatan məhv edilib, 12-si isə qənimət kimi götürülüb. Ekspert bunları da hesablayıb və ümumi dəyərin 3 milyon 500 min dollar olduğunu deyib. 4 ədəd ''Smerç'' məhv edilib ki, nəticədə Ermənistan ordusuna 80 milyon dollar məbləğində zərər dəyib. Məhv edilənlər arasında 25 ədəd qumbaraatan və 53 ədəd tank əleyhinə vasitələr də var ki, onların da ümumilikdə qiyməti 1 milyon 665 min dollar edir.

Düşmənə məxsus 2 ədəd ''Elburus'' raket kompleksi də məhv edilib və bunların qiyməti 1 milyon 600 min dollar edir. ''Toçka-U'' raketinin 1 ədədinin qiyməti 600 min dollar, 8 ədəd radioelektron mübarizə vasitəsinin qiyməti isə 4 milyon dollar məbləğindədir.

Düşmənə ən çox vurulan maddi zərər sıradan çıxarılan 4 ədəd ''S-300'' zenit-raket kompleksidir ki, bunların da bir ədədinin qiyməti 1 milyard dollar civarındadır.

Ramil Məmmədli ötən günə qədər düşmən ordusuna dəymiş zərərin 4 milyard 701 milyon 565 min dollar olduğunu deyib.

Qeyd edək ki, məhv edilən və ya qənimət kimi götürülən texnikaların dəyəri kifayət qədər böyükdür və bu rəqəm kasıb və büdcəsi az olan Ermənistan ordusu üçün böyük zərərdir.
 


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....