"Real Madrid" "Şaxtyor"a məğlub oldu

İdman
00:30 / 22.10.2020
4972
Oktyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.
Sfera.az xəbər verir ki, turun ikinci oyun günü erkən başlayan görüşlərdə Ukraynanın "Şaxtyor” klubu səfərdə "Real Madrid” komandasının qonağı olub. Görüş ukraynalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Şaxtyor" hər 3 qolu birinci hissədə vurub. Görüşün 29-cu dəqiqəsində Tete, 33-cü dəqiqəsində Rafael Varan (avtoqol) və Manor Solomon fərqləniblər.
Fasilədən sonra madridlilər Luka Modriç (54) və Vinisiusun (59) sayəsində hesab arasındakı fərqi azaltsada məğlubiyyətdən qaça bilməyib.
Paralel keçən görüşdə "Zaltsbuq" (Avstriya) və "Lokomotiv" (Rusiya) üz-üzə gəlib. Həmin oyunda qalib müəyyənləşməyib - 2:2.