Alman telekanalı Gəncədən reportaj hazırladı

Alman telekanalı Gəncədən reportaj hazırladı
Almaniyanın "Deutsche Velle” telekanalında "Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.

Sfera.az xəbər verir ki, reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib. Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Evi tamamilə dağılmış Gəncə sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır. O, vaxtilə çoxlu yaşayış evinin olduğu məhəllənin raket atəşi nəticəsində viran qaldığını söyləyir. Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında öz ev əşyalarını tanıyır və onları toplamağa çalışır.

Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki, Gəncə sakinləri raket zərbəsi nəticəsində həlak olanların xatirəsini yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara görə oyuncaqlar gətirirlər. Guşədəki lövhələrdə sakinlər bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.

Y.Hahn bildirir ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin sakinləri müharibənin birbaşa onları da ağuşuna alacağını heç ağıllarına belə gətirməzdilər. Lakin ötən həftəsonu şəhərin bu məhəlləsindəki evlər dağıldıqdan sonra artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə kəskinləşə bilər.

Gəncənin mərkəzində sakinlərlə müsahibələr əsasında insanların vətənpərvər ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalacanağına inandıqlarını söyləyirlər.

Yekunda isə qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri, eləcə də dağılmış evinin qalıqları arasında özünə yeni gün-güzəran qurmalı olacaq Rəqibə Quliyeva söyləyir.

OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....