Rəşad Mahmudov: "Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq"

Rəşad Mahmudov:
Son günlər koronavirusa yoluxma statistikasında yenidən kəskin artım müşahidə olunur. Ötən gün virusa yeni yoluxanların sayı 584-ə çatıb. Ölkə üzrə aktiv xəstə sayı da oktyabr ayının əvvəlləri ilə müqayisədə təxminən üç dəfəyədək artaraq 4972 nəfər təşkil edir. İstisna edilmir ki, yoluxmada bir neçə gün əvvəlki anti-rekord (649 yoluxma) təzələnməyəcək.

Sfera.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov bununla bağlı xalqa çağırış edib. Deputat bildirib ki, hazırki vəziyyətdə koronavirusla mübarizədə tibb işçilərimizi məşğul etməyə haqqımız yoxdur.

"Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, Vətəni üçün, Ordusu üçün "COVID -19”a hamılıqla "yox” deməlidir! Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi "COVID-19” mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin Ali Baş Komandan və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!”

OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....