Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldı

Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldı
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Şamil Basayevin dəstəsinin iki üzvünü saxlayıb.

Sfera.az xəbər verir ki, bu barədə FSB-nin Mətbuat xidməti məlumat yayıb.

Saxlanılanların 1999-cu ildə Dağıstanda təşkil olunan və 280-dən çox insanın ölümü ilə nəticələnən Botlix bölgəsinə terror hücumunun iştirakçısı olduğu bildirilib. 

"Rusiya Federasiyası FSB, Rusiya Daxili İşlər Nazirliyi, Rusiya Federasiyası İstintaq Komitəsi və Rusiya Qvardiyasının hərbi dəstəyi ilə birlikdə 1999-cu ilin avqust ayında Botlix rayonunda baş verən silahlı hücumun iştirakçıları, Stavropol bölgəsinin yerli sakinləri - 1975-ci il təvəllüdlü Maylubayev Rəsul və 1977-ci il təvəllüdlü Yakubov Zakir tutularaq ilkin istintaq orqanına gətirilib”,- deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 1999-cu ilin avqust ayında Botlix bölgəsinə quldurların hücumu zamanı 280-dən çox adam həlak olmuş və 800-dən çox hərbi qulluqçu, hüquq-mühafizə orqanı zabiti və mülki şəxs yaralanmış, Dağıstan iqtisadiyyatına ciddi ziyan dəymişdi.
 
/Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...