Ermənilərdən ruslara qarşı tarixdə misli görünməmiş ittiham

Ermənilərdən ruslara qarşı tarixdə misli görünməmiş ittiham
Ermənilər hərbi məğlubiyyətlərinə görə həmişə Rusiyanı günahkar sayırlar. Qələbəyə gələndə öz ayaqlarına yazırlar, "qəhrəman erməni əsgəri” qazanır, uduzanda Rusiya günahkar çıxır.
 
Sfera.az  xəbər verir ki, bu gün analoji mənzərədir. Ermənilər az qala ittiham edirlər, Rusiyanı təqsirkar çıxarırlar ki, niyə köməyə gəlmirsiniz. Əgər erməni ordusu "qalib” gəlirdisə, elə indi də zəfər çalsın, Moskvanın ayaqlarına nə üçün düşürsünüz?! Təbii ki, elə 1992-1993-cü illərdə də Ermənistan ordusu zəif və səriştəsiz idi, o zaman silah-sursat, hərbi texnika cəhətdən yüksək səviyyədə təchiz olunmasaq da, Azərbaycanın cəsarətli oğlanları torpaqlarımızın son qarışına qədər döyüşürdü, sadəcə, ermənilərə yardım var idi.
 
Ermənilər 2016-cı ilin aprelində, Lələtəpə əllərindən çıxanda da belə etmiş, Rusiyanı yerdən-yerə vurmuşdular. İndi yenə başlayıblar. Hazırda sosial şəbəkələrdə ayrı-ayrı ermənilər Rusiyanı asıb-kəsir, qınayır, niyə kömək etmədiyinə görə günahlandırır.

 Başadüşüləndir, rəhbəri Nikol Paşinyan imdad diləyib 5 dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edəndə, sadə vətəndaşları da sosial mediada yalvaracaqlar. Onlardan biri - Andronik Susanyanın yazdıqlarını oxuyanda ruhi xəstənin fikirlərinə bənzəyir. Susanyan deyir ki, ruslar gəlib yerimizə döyüşsünlər. Heyhat! Əslində bu ağılda ermənilər çoxdur və onlara elə gəlir ki, ari xalqdırlar, onları dünya, ən əsası ruslar xilas etməlidirlər.

Andronik Susanyan yazır: "Rus satqınlar, 140 milyonsunuz, ermənilərə köməyə yüz min əsgər göndərə bilərdiniz, onlar ermənilərin yerinə həlak olsalar da, müqəddəs iş üçün ölərdilər, Ermənistan qəhrəmanı olardılar, rus torpağı isə bundan kasıblamazdı, yenə doğub-törəyərdi. Ermənilər azdır, ən qədim ari xalqdır. Onları qorumaq lazımdır”. Bunu yalnız başıpozuq, ruhi dispanserdə müalicə alan biri deyə bilər, amma gəl ki, ermənilərin bir çoxu Susanyan kimi fikirləşir.
 
Niyə? Ruslar hansı səbəbdən ermənilərin yanında olmalıdır? Rusiyanın Ermənistana hansısa ömürlük mənəvi borcu varmı?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli "Yeni Müsavat”a bildirdi ki, tarixən ruslar və ya Rusiyanı təmsil edən ayrı-ayrı fərdlər ermənilərə dəstək olublar. Partiya sədrinin sözlərinə görə, ermənilər Rusiyanın köməyi ilə Cənubi Qafqaza köçürülüblər: "İndi də kömək gözləyirlər. Deyirlər ki, bizi bura yerləşdirmisiniz, amma dəstək vermirsiniz. Amma Azərbaycan Qarabağda, yəni öz ərazisində hərbi əməliyyatlar aparır və nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də Rusiya müdaxilə edə bilər”.

Q.Əlibəyli hesab edir ki, digər tərəfdən, Paşinyan Rusiya ilə bütün əlaqələri korlayıb, Putin onun devrilməsini istəyir: "Rusiya müharibəyə qarışmamaqla düz edir. Bununla dünyadakı mövqeyini qorumağa, beynəlxalq konvensiyaya riayət etməyə çalışır. Bu davranışına görə Rusiyaya heç bir qınaq ola bilməz. Sadəcə, ermənilər öz siyasətinin qurbanıdırlar və hər şey tezliklə xeyrimizə yekunlaşacaq”.
 
Tarixçi-alim Dilavər Əzimlinin "Yeni Müsavat”a bildirdiyinə görə, bir neçə xalq var ki, tarixini mif əsasında qurub. Onun fikrincə, onlardan biri olan ermənilər bu miflərlə böyük bədbəxtliyə düçar olub: "Bu tarixi onlar üçün xüsusi şəkildə qurublar, çiyinlərinə missiya qoyublar və vəzifə Türk dünyasının birləşməsinin qarşısını almaq olub. Bununla yalan tarix yaradıblar və Ermənistanın rəhbərləri bu məsələləri yaxşı bilib. Onlar bilirdilər ki, 1918-ci ildə Azərbaycanla konfederasiya istəyirdilər, amma ruslar dedi ki, müstəqil olmalısınız. Bunların kökündə başqa xalqlar iştirak edirsə, əsas tərkibi şudra və qaraçılardan yaranıb. Hindistanda kasta sistemi olub. Bu kasta rejimində sonuncu yerdə şudralar dayanırdı. Eradan əvvəl 8 və 9-cu əsrlərdə şudralar Yaxın və Orta Şərqə köç etməyə başlayıblar. Eranın əvvəllərində qaraçı dalğaları olub. İraq və İran ərazilərinə yerləşiblər, xristianlığı da qəbul etməklə formalaşmağa başlayıblar. Bu məsələləri Avropa tarixi ciddi öyrənib və erməniləri ortaya çıxarıblar. Bir sözlə, ermənilər sərbəst yaşaya bilmirlər və indi də məğlubiyyətə görə rusları günahkar çıxarırlar”.
 
D.Əzimlinin sözlərinə görə, indi zaman, geopolitik vəziyyət, paradiqmalar dəyişir: "Rusiya görür ki, bu dəyişikliklərdə yoxa çıxa bilər. Putin və ətrafında olanlar Suriya, Liviya məğlubiyyətindən sonra dərk edirlər ki, Rusiyanı saxlamaq lazımdır. Amma ölkənin mühafizəkarları, Solovyov kimilər, erməni diasporundan maliyyələşənlər erməniləri müdafiə edirlər. Çünki ermənilər sərbəst yaşaya bilmirlər. Onların arxasında güc dayanmalıdır. İndi bu güc onu müdafiə etmir, onlar da məğlub olduqca qəzəblənirlər”.

Tarixçi hesab edir ki, dəyişən geopolitik şəraiti dəyərləndirən və uğurlu xarici siyasət yürüdən prezident İlham Əliyev vaxtında addım atıb.
 
(musavat)

OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...