Prezident İlham Əliyev ekvadorlu həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev ekvadorlu həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ekvador Respublikasının prezidenti Rafael Korrea Delqadoya başsağlığı məktubu ünvanlayıb. 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".


OXŞAR XƏBƏRLƏR