TBMM sədri: "ATƏT-in Minsk qrupu Gəncədəki qətliamı görməzdən gəlir"

TBMM sədri:
"Gəncəyə edilən raket hücümü onu göstərir ki, Ermənistan hərbi cinayət törədir”

 Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"Gəncədə olan bütün bunlar onu göstərir ki, Ermənistan bu müharibədə mülki vətəndaşları hədəfə alaraq hərbi cinayət törədir. Bu, Cenevrə Konvensiyasına görə də ziddir. Ermənistan hərbi hüquqa riayət etmir və alçaqcasına mülki şəxsləri hədəf alır. Təəssüf ki, Gəncədə olan bu qətliamı Minsk qrupu və digərləri görməzdən gəlir, buna qarşı bir tədbir görmürlər. Biz inanırıq ki, Azərbaycan öz torpaqlarının hamısını, Qarabağı işğaldan azad edəcək, Qarabağ Azərbaycandır!”, - o bildirib.

Qeyd edək ki, M.Şentop və onunla birgə Gəncəyə səfər edən Türkiyə millət vəkilləri və digər rəsmi şəxslər Ermənistan ərazisindən Gəncəyə edilən raket hücumu nəticəsində dağılan ərazilərə baş çəkib, orada dünyasını dəyişənlərin ruhuna dualar oxuyublar.
(report)

OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...