"Dedim onu görmədən mənə ölüm yoxdu" - Cəbrayılda "Gültəkin əməliyyatı"

Azərbaycan ordusunun 23 gündür həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı igid əsgərlərimiz tarix yazır. Hərbçilərimiz hər an ölümlə üz-üzə gəlsələr də, onlar nəinki ruh yüksəkliyi ilə döyüşür, hətta gülmək üçün də səbəblər tapır.
 
Sfera.az bildirir ki, əsgərlərimizdən birinin dilindən sosial şəbəkədə yayılan əhvalat da bunu deməyə əsas verir:

"Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. 

Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, buradan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. 

Dedim son dəfə evdəkilərdən danışım, səslərini eşidim. Nə isə yoldaşlardan "prostoy" telefonu alıb evi yığdım. 

Telefon da diktofondadır, hamı eşidir. Mamam götürdü. Dedim "Mama, necəsən? Çox danışa bilməyəcəm. Nigaran olma hər şey yaxşıdır. Haqqını halal elə. Məndən də hamıya salam de".

Mamam da qayıdıb deyəsən ki, "ölüb zad eləmə. Gültəkinin qızını alacam sənə. Papan papası ilə söz kəsib. Ayıfdı. Üzü qara eləmə bizi".

Dedim mama, Gültəkin kimdir? 

Başladı danışmağa ki, "bəs sən uşaq olanda qonşuluqda Bəxtiyar əmi var idi ee ailəlikcə Dağıstana köçmüşdülər haa, bax onların qızı".

Dedim yaxşı, mama oldu, sağ ol. Telefonu "adboy" verəndən sonra Bəxtiyarla Gültəkini söyə-söyə erməniləri qırmışam. 

Dedim bu Gültəkini görmədən mənə ölüm yoxdu eee. 

İndi uşaqlarla aramızda "tema" olub. 
 
Hücumun adı qaldı "Gültəkin əməliyyatı""

Aysel
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...