“Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb” - Hikmət Hacıyev

Cəmiyyət
17:55 / 19.10.2020
1414
"Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb”.
Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komitəsi tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib: "Azərbaycanda olan yaralı erməni əsirlərinə Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliklə və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək lazımi tibbi yardım göstərdi.
Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər”.