Bu ölkə “Eurovision”dan xaric edilir – VİDEO
Rumıniya rəsmi yayım qurumu (TVR) Avropa Yayım Birliyinə (EBU) 10 milyon dəyərində olan borcunu ödəmir.
Sfera.az Qafqazinfo-ya istinadla xəbər verir ki, əgər TVR sözügedən borcu ödməsə, Rumıniya "Eurovision - 2016” mahnı müsabiqəsindən xaric ediləcək.
Mövzuyla əlaqəli TVR açıqlama yayıb. Rəsmi yayım qurumu yaxın zamanda borcunu ödəcəyini bildirib:
"EBU Rusmıniya hökümətindən, parlament və Maliyyə Nazirliyindən cavab gözləyir. Artıq bir neçə dəfə danışıqlar baş tutub. Bu problemin tezliklə həll ediləcəyinə inanırıq”.
"Eurovision” mahnı yarışmasında Rumıniyanı təmsil edən Ovidiu Anton da məsələyə münasibət bildirib:
"Bir sənətçi bu kimi problemlərin içərisində boğulmamalıdır. TVR-nin vəziyyəti ciddi olsa da, yayımçı təşkilat hökumətdən kömək alıb, bu problemlərə son qoyulacaq”.