Polis Bakıda görüntülənən "niqablı kişi"nin kimliyini müəyyən etdi - FOTO

Polis Bakıda görüntülənən
Son bir neçə gündə "Facebook”da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır.

Qadının qeyri-təbii dərəcədə kobud və iri əli şəbəkə istifadəçilərinin diqqəti çəkib. Fotoşəkildə üzü görünmədiyi üçün istifadəçilər onun hər hansı bir terror aktı törətmək niyyəti ilə qadın kimi maskalanmış kişi olduğunu iddia ediblər.

sfera.az bildirir ki, vəziyyəti aydınlaşdırmaq və bütün şübhələrə son qoymaq üçün Oxu.Az-ın müxbiri hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.   

Məlum olub ki, Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal sosial şəbəkədəki məlumatları cavablandırıblar. 17 oktyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları niqablı, "müəmmalı” şəxs tapıblar. O, həqiqətən qadın imiş - yaxınlıqda yaşayan Zaqatala sakinidir.

"Onunla danışdıq. Evlidir, bəzən axşamlar İzmir parkında gəzir. Qadının əlləri bədən quruluşuna uyğundur. Buna görə, üzünü dini geyimlə gizləyən kişi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə hüquq-mühafizə işçiləri bildirib.

Polis əməkdaşlarının sözlərinə görə, istənilən cinayətinin qarşısını almaq üçün gecə-gündüz ərazini və bütün şübhəli şəxsləri yoxlayırlar. Bununla belə, polis vətəndaşları diqqətli olmağa çağırır.
 


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...