Ucar sakinindən 4 kq-dan artıq narkotik götürülüb

Kriminal
13:45 / 19.10.2020
1372
Ucar rayon sakinindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazyan kənd sakini, əvvəllər məhkum olunmuş Z.Vahidovun evindən 4,5 kiloqram marixuana aşkar edilərək götürülüb.