BMT Təhlükəsizlik Şurasının fövqaladə “Qarabağ toplantısı” – Gözləntilər və ehtimallar

BMT Təhlükəsizlik Şurasının fövqaladə “Qarabağ toplantısı” – Gözləntilər və ehtimallar

BMT Təhlükəsizlik Şurası Qarabağda yaranmış vəziyyətlə bağlı iclas keçirəcək. İclas ABŞ, Rusiya və Fransanın təklifi ilə çağırılıb. Toplantıda BMT-nin 5 daimi üzvü – Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çinlə yanaşı, 10 qeyri-daimi üzv də iştirak edəcək.


Maraqlıdır, 10-dan çox ölkənin iştirakı ilə baş tutan toplantıdan gözlənitlər nələrdir?


Məsələ ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bugünki toplantıdan ciddi nəticələr gözləmədiyini deyib:



"Təhlükəsizlik Şurasının iclasında mövcud vəziyyət müzakirə olunacaq. Bu dəfə də BMT-nin Qarabağ münasqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədən hansısa təkliflər olacaq, deyə düşünürəm.

 

Bundan əlavə toplantı zamanı hansısa ciddi nəticələrin ortaya qoyulacağını zənn etmirəm. Ermənistanın toplantıdan sonra reaksiyasına gəlincə isə, onların münasibətinin necə olmasından aslı olmayaraq ordumuz irəliləməkdə davam edir”.


Politoloq Natiq Miri bu günə çağırılan toplantının Azərbaycanın maraqlarına uyğun olmayacağını düşünür:



"BMT-nin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildən bu yana qəbul olunmuş qətnamələri var. Amma bu qətnamələrin yerinə yetirilməsi üçün hansısa icra mexanizmi yaradılmayıb. Təbii ki, belə olan halda Ermənistan qətnamədə göstərilən qaydalara əməl etməyəcəkdi. Bu baxımdan bu gün baş tutacaq toplantı məhz bu məsələ ilə bağlı olmalıdır.

 

Ancaq düşünürəm ki, ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinin Təhlükəsizlik Şurasında müzakirə olunması ilə bağlı müraciət etməsi heç də Azərbaycanın maraqlarına xidmət edən məsələ deyil. Azərbaycan bu günə qədər bu problemin BMT-nin qəbul etdiyi 4 qətnamə çərçivəsində həllinə nail olmaq istəyirdi. BMT və ATƏT-in Minsk Qrupu keçən müddət ərzində problemi həll etmək istəmədi. Çünki onlar Dağlıq Qarabağa müstəqillik verib Azərbaycandan güzəşt istəyirdilər. Ona görə bu günə qədər Ermənistana qarşı heç bir təzyiq mühiti yaradılmayıb. Təbii ki, bu hal da erməniləri yeni-yeni təxribatlara sövq edib.


BMT-nin ikili standartlarına cavab olaraq Azərbaycan öz ordusu vasitəsilə işğal olunmuş torpaqları azad edib. Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququ isə həm BMT-nin nizamnaməsində, həm də beynəlxalq hüquqda birmənalı olaraq təsbit olunub. Baxaq görək, Təhlükəsizlik Şurasında Gəncə terroru müzakirə olunacaqmı və bu konteksdə sanksiyalar tətbiq olunacaqmı?

 

Əmin olun ki, bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının açıqlayacağı bəyanatda bir cümlə belə olmayacaq. Bu bəyanatda növbəti dəfə hərbi aktiv əməliyyatların dayandırılmasına çağırış olacaq və sülh masasında substantiv olaraq danışıqlara başlamaq tələb olunacaq”.


Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...