Azərbaycanın Moldovadakı Səfirliyində müstəqilliyimizlə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycanın Moldovadakı Səfirliyində müstəqilliyimizlə bağlı tədbir keçirildi - FOTOLAR
18 oktyabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib.
 
Sfera.az xəbər verir ki, tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmvətənlərimiz iştirak edib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Q.Osmanov gələn qonaqları salamlayıb, həmyerlilərimizə ata yurdlarına toplaşdıqları üçün təşəkkür edib, ölkəmizin müstəqillik tarixindən söhbət açıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribat nəticəsində cəbhə bölgəsində gedən münaqişədə Ermənistan hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirən Q.Osmanov davamlı olaraq Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə məruz qoyulduğunu, Gəncənin növbəti dəfə raket atılması nəticəsində mülki əhalinin həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində şiddətli dağıntılar törədildiyini dilə gətirib. 

Daha sonra tədbirdə Türkiyənin Moldovadakı səfiri H.G.Sökmensüer çıxış edərək Türkiyənin qardaş ölkə Azərbaycanla bir millət, iki dövlət olduğunu qeyd edib. Həm sevincli, həm də çətin günlərdə daim Azərbaycanın yanında olduqlarını vurğulayan səfir erməni təcavüzü nəticəsində Gəncə və digər Azərbaycan şəhərlərində baş verənləri qətiyyətlə pisləyib. 

Eyni zamanda, tədbirdə iştirak edən Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi A.Çokoy çıxışında Moldovanın beynəlxalq hüquq normalarına uyğun olaraq və Helsinki Yekun aktında qeyd olunmuş prinsiplərə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Moldova-Azərbaycan arasında mövcud  dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduğunu və dinc əhaliyə qarşı törədilən təxribatların qəbuledilməz olduğunu diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən MAK-ın sədri E.Bayramov Moldovada yaşayan azərbaycanlılar adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın Silahlı Qüvvələrinə hər zaman dəstək nümayiş etdirdiklərini bildirib, Gəncə də daxil olmaqla digər Azərbaycan şəhərlərində baş verən erməni təcavüzkarlığını şiddətlə qınayıb. 

Azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda nitq söyləyərək, həmyerlilərini erməni təxribatına qarşı güclü olmağa, birlik nümayiş etdirməyə və ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırıb. 

Bundan əlavə, tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi nəticəsində törədilmiş dağıntılar əks edilmiş fotoşəkillərdən ibarət guşə yaradılıb, buraya tədbirdə iştirak edən qonaqlar tərəfindən güllər düzülüb, baş verən faciənin dəhşətləri barədə məlumatlar verilib.

Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsinin şərəfinə səfir Q.Osmanov və digər qonaqlar tərəfindən dövlət rəmzləri olan bayraq və gerbimizdə təsvir edilən səkkizgüşəli ulduza istinadən səkkiz ədəd şam ağacı əkilib. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...