Sərnişin təyyarəsi dronla toqquşdu
Dünya
13:10 / 18.04.2016
2191
Londonun "Hitrou” hava limanında pilotsuz dron sərnişin təyyarəsinə çırpılıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cenevrə-London uçuşunu həyata keçirən təyyarədə 132 sərnişin olub. Məlumata görə, enişə hazırlaşan təyyarə dronla 150 metr yüksəklikdə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb və təyyarə uğurla yerə enib. Borta xüsusi baxış keçirildikdən sonra təyyarə növbəti reysini həyata keçirib.