“Eurovision” təmsilçimiz evləndi - Fotolar - VİDEO

“Eurovision” təmsilçimiz evləndi - Fotolar - VİDEO

"Eurovision 2013” təmsilçimiz Fərid Məmmədov ötən gün paytaxt məkanlarının birində özünə toy edib.

Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, Nigar adlı xanımla nikah masasına oturan Fərid özəl gününə şou-biznesdəki dostlarını çağırmayıb. Toyun aparıcı müğənnisi Səməd Səmədov olub. Restoranın fotoqraflarına və gələn qonaqlara bəy və gəlinlə şəkil çəkdirməmək tapşırığı verilib. Toy isə naməlum səbəblərdən tez, 22:30-da başa çatıb. 

F.Məmmədovun toyuna müəllimi əməkdar artist Aybəniz Haşımova belə dəvət olunmayıb.

Qeyd edək ki, F.Məmmədov "Eurovisin 2013” mahnı müsabiqəsində "Hold me" adlı mahnını ifa edərək, həmin il yarışmada 2-ciliyi qazanmışdı.

 

 










OXŞAR XƏBƏRLƏR