Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

Cəmiyyət
12:30 / 18.10.2020
1022
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı instaqram hesabında paylaşım edib.
Sfera.az-ın xəbərinə görə, paylaşımda deyilir:
"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.