Çavuşoğlu Azərbaycanı bu görüntülərlə təbrik etdi - VİDEO

11:01 / 18.10.2020
1133
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, o, öz tvitter hesabında Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun adını işarələyərək bu fikirləri qeyd edib:
"Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın Müstəqillik Günü mübarək olsun. Üçrəngli bayrağınla məsud yaşa, çox yaşa, Azərbaycan!”
XİN rəhbəri həmçinin Azərbaycan-Türkiyə dostluğuna dair görüntülər də paylaşıb.