Aİ Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı

Siyasət
19:10 / 17.10.2020
1033
Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsini pisləyib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano bəyanat yayıb.
Oktyabrın 10-da razılaşdırılan atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir", bəyanatda qeyd olunub.
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.