Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

13:22 / 17.10.2020
2349
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.
APA-nın Anadolu Xəbər Agentliyinə istinadla məlumatına görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: "Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”.
H. Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki "Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib.