Təhlükəsizlik üçün 8 TÖVSİYƏ

Cəmiyyət
10:17 / 17.10.2020
1239
"Ermənistan uduzduqca daha çox terrora əl atacaq. Buna hazır və agah olmalıyıq".
Sfera.az bildirir bunu politoloq Fərhad Mehdiyev özünün "Facebook" hesabında yazıb.
O, təhlükəsizliyimizi təmin etməyin öz əlimizdə olduğunu bildirib. Politoloq aşağıdakılara əməl etməyi məsləhət görüb:
1. Xaricdə yaşayan Azərbaycanlılar: tək-tək gəzməyin, qaranlıq küçələrdən keçməyin, mümkün olduğu qədər fərdi müdafiə vasitələrindən istifadə edin.
2. Ölkəmizdə isə şübhəli gördüyünüz şəxsləri araşdırın, yaxınlaşıb danışdırın, şübhəli qaldığınız hallarda hüquq-mühafizə orqanlarına məlumat verin.
3. Bloklarda olan əşyalara diqqət edin, qapı önlərində çaşqınlıq yaratmaması üçün zibil torbaları qoymayın, zirzəmiləri qapalı saxlayın.
4. Taxıl və qida anbarları, iri su hövzələri, kütləvi zəhərləmə üçün hədəf ola biləcək obyektlərin qorunması artırılmalıdır.
5. Sahələrdə polis işçiləri blokları və həyətləri sıx-sıx yoxlamalı, vətəndaşlarla əməkdaşlıq qurmalıdır.
6. Park və meydan kimi yerlərdə şübhəli bağlamaları dərhal 102-yə bildirin, zibil qutularına nəzarət artırılmalıdır.
7. Elektrik və qaz şəbəkələrinin (transformatorlar və paylayıcılar) təhlükəsizliyi artırılmalıdır.
8. Aramızda ermənistan təhlükəsizlik orqanlarına işləmə ehtimalı yüksək olanlar bunlardır: ermənilərlə qohumluğu olanlar, müvəqqəti olaraq xaricdən (xüsusilə MDB-dən) gəlib ölkəmizdə yaşayanlar, narkomanlar (pul üçün hər şey edə bilərlər), küçədə dilənçi kimi gəzənlər, şimal qonşunun kəşfiyyatına işləyənlər, heç kəsin tanımadığı, qonşularla əlaqə qurmayan və yeni kirayə ev tutmuş kirayəşinlər, şübhələnməyə əsas verəcək digər şəxslər.
Aysel
Sfera.az