Baş prokuror: "Bu hadisənin siyasi və hərbi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq"

Baş prokuror:
"Biz onu müşahidə edirik ki, cəbhə bölgəsində, döyüş bölgəsində Ermənistan ordusu məğlubiyyətə uğradıqca, çarəsizlikdən dinc əhaliyə qarşı hücumlarını şiddətləndirirlər, intensivliyi artırırlar. Bu da onların acizliyindən xəbər verir. Amma hesab edirəm ki, bu dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyi ağlını itirib. Bu, bəşəriyyət, insanlıq əleyhinə ciddi cinayətdir. Bunun həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq".

Sfera.az  xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

"Cənab Prezident tərəfindən həm siyasi, həm də hərbi sahədə buna adekvat cavab veriləcək. Çünki bu artıq Ermənistan rəhbərliyi üçün aqoniyadır. Onlar aqoniyaya başladıqca, öz sonlarının başladığını hiss etdikcə, bu kimi addımlara əl atırlar. Ağılsız addımdır. Bu, Azərbaycanın dinc əhalisi arasında panika yaratmaq məqsədi daşıyır. Amma alınan deyil. Oktyabrın 11-dəki hadisə zamanı da bura gəlmişdim. Onda da şahidi oldum. Gəncə əhalisi qoçaq, mərd camaatdır. Onları qorxutmaq mümkün deyil. Hesab edirəm ki, bu da növbəti mərhələdir. Xalqımız bunu da ləyaqətlə yaşayacaq, keçəcək. Ümid edirəm ki, indi olduğu kimi, Qarabağda, döyüş bölgəsində qələbə axıradək bizimlə olacaq", - Baş prokuror bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.
(report)

OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....