Baş prokuror və Fövqəladə Hallar naziri hadisə yerinə gəldi

Hadisə
08:10 / 17.10.2020
890
Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulmuş Gəncədədirlər.
Sfera.az xəbər verir ki, dövlət rəsmiləri Gəncə hadisə yerindədirlər.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.