Tələbələrin illik ödəniş vaxtı dəyişdiriləcək? - Nazir açıqladı
11:39 / 16.10.2020
1569
19 oktyabr - 2 noyabr tarixində təhsil müəssisəlrinində olan tətil qarşıdakı tətil günlərinin önə keçirilməsi anlamına gəlir.
Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev bildirib:
"Biz qeyri-təhsil günlərinin, tətil günlərinin yerini dəyişmişik. Bu tətil tədris ilinin şagirdlərin və tələbələrin tədris ilinin qısalmasına gətirib çıxarmır. Bu günlərin tədrisi qarşıdakı günlərdə davam etdiriləcək. Bu baxımdan ödənişli əsaslarla oxuyan tələbələrin illik ödəniş etməsində dəyişiklik gözlənilmir”.
Əzizə Zeynal
Sfera.az