İrandan ərazisinə düşən 10 ədəd raketlə bağlı AÇIQLAMA - "Təkrar olunarsa..."

10:54 / 16.10.2020
1242
İran Dağlıq Qarabağdakı döyüşlər zamanı ərazisinə düşən raketlərlə bağlı Azərbaycana və Ermənistana xəbərdarlıq edib.
Sfera.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu barədə yazılı açıqlama ilə çıxış edib.
Açıqlamada İranın sərhəddə yerləşən 2 kəndinə 10 ədəd raketin düşməsi qınanılıb.
Həmçinin, İran sərhədçilərinin cavab atəşi açdığı ilə bağlı iddialar təkzib edilib.
"Sərhəd ərazilərində yaşayan vətəndaşlarımızın təhlükəsizliyi silahlı qüvvələrimizin qırmızı xəttidir. Eyni hal təkrar olunarsa, İran baş verənlərə qarşı biganə qalmayacaq", - deyə S.Xətibzadə bildirib.
Məlumata görə, həmin raketlərdən biri 1 evin yararsız hala düşməsinə və 1 nəfərin xəsarət almasına səbəb olub.
Qeyd edək ki, İran raketlərin hansı tərəfdən atıldığı məsələsinə aydınlıq gətirməyib.
Aysel
Sfera.az