ABŞ Dağlıq Qarabağ məsələsi ilə bağlı tərəfsizliyini pozdu

ABŞ Dağlıq Qarabağ məsələsi ilə bağlı tərəfsizliyini pozdu
ABŞ-ın dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ məsələsi ilə bağlı tərəfsizliyini pozub.

Sfera.az xəbər verir ki, M.Pompeo  "WBS" radiosuna açıqlamasında Ermənistana dəstək ifadə edib.

"Ermənistanın Azərbaycana qarşı özünü müdafiə edə biləcəyini ümid edirik. Tərəflərin atəşkəsə əməl edərək masaya əyləşəcəklərindən və bu tarixi mürəkkəb problemi həll edəcəklərindən umudluyuq", - deyə ABŞ dövlət katibi bildirib.

O, Tükiyənin Azərbaycana dəstəyindən narazı olduqlarını da dilə gətirib:

"Türkiyənin Azərbaycana dəstəyi Dağlıq Qarabağdakı mövcud risk və münaqişələri şiddətləndirir".

Qeyd edək ki, ABŞ Dağlıq Qarabağ məsələsində indiyə qədər verdiyi açıqlamalarda bitərəf mövqe tutmuş və hər iki tərəfi danışıqlara çağırmışdı.
 
Aysel
Sfera.az 


OXŞAR XƏBƏRLƏR