Baş Nazir bir neçə qərarı dəyişdirdi

Baş Nazir bir neçə qərarı dəyişdirdi
Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 109-VIQD nömrəli Qanunu ilə "Uşaq hüquqları haqqında”, "Yol hərəkəti haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Torpaq bazarı haqqında”, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına edilən müvafiq dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, "əlil arabaları” sözləri "əlilliyi olan şəxs üçün arabalar” sözləri ilə, "əlil” sözü isə "əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib.

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, "sığorta olunana əlillik təyin olunduqda” sözləri "sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə əvəz edilib.

Bu Qərarın qəbul olunması nəticəsində Azərbaycan Respublikasının qanunları Nazirlər Kabinetinin bir sıra qərarları arasında kolliziyanın (uyğunsuzluğun) aradan qaldırılması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...