TƏBİB rəsmisindən qorxulu proqnoz: "Qarşısını almaqda çətinlik çəkəcəyik"

TƏBİB rəsmisindən qorxulu proqnoz:
"Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxma faktında artım müşahidə olunur. Bu gün yoluxma sayı 500-ü keçib. Bu, vətəndaşların xəstəliyə ciddi nəzarət etməməsindən xəbər verir”.

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib.

Onun sözlərinə görə, insanların diqqətinin daha çox ön cəbhəyə doğru yönəlməsi koronavirus kimi "düşməni” unutmağa səbəb olub:

"Bu infeksiyanın aktuallığının itirilməsi səbəbi ilə artıq yoluxma hallarında ciddi artım var. Çünki aparılan tədbirlər nəticəsində yoluxma ilə bağlı azalma oldu, insanlar arxayınlaşdı və nəticədə bu cür rəqəm qeydə alınıb.

Ölkədə müharibə şəraiti ilə əlaqədar əhalinin hərbi hissələrin önünə toplaşması, könüllülərin orduya yola salınması zamanı qaydalara əməl edilməməsi yoluxma sayına da təsir edib. 

Biz özümüzün, yaxınlarımızın, ordumuzun da sağlamlığın istəyiriksə, zəruri tədbirlərə əməl etməliyik. Burada əsas fərdi məsuliyyət olmalıdır. Maska taxılmalı, sosial məsafə qorunmalı və gigiyena qaydaları qorunmalıdır”.

"Koronavirusla bağlı təhlükə sovuşmayıb. Bu cür sürətlə davam edərsə, COVID-19-a yoluxma yay fəslində olan rəqəmləri də keçə bilər. Artıq Gürcüstanda koronovirusa yoluxma 700-ə, düşmən ölkə Ermənistanda isə 1000-ə yaxındır.

Artım olarsa, qarşısını almaqda çətinlik çəkəcəyik. O zaman yenidən karantin rejimi yenidən gözdən keçirilə bilər”, - deyə işçi qrupunun rəhbəri bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 530 yeni yoluxma faktı qeydə alınıb.

Ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.

Artıq dünyada bu virusa yoluxanların sayı 38 milyon 833 min 61 nəfəri keçib. Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir.///Oxu.az

OXŞAR XƏBƏRLƏR

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...

Neft yenidən bahalaşdı

Dünya bazarlarında neft cüzi bahalaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,73 dollara, yüngül neft isə 65,40 doll...