Diasporamız haradadır? – Yazıçı Çingiz Abdullayev yazır

Diasporamız haradadır? – Yazıçı Çingiz Abdullayev yazır

Dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Vətən Müharibəsinin getdiyi indiki dövrdə xaricdə yaşayan soydaşlarımızın qənaətbəxş olmayan fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib.


Sfera.az yazıçının həmin məqaləsini təqdim edir.


***

 

Yenə də başa düşə bilmirəm! Rusiyada yaşayan iki milyona yaxın azərbaycanlı haradadır? Onların arasında hörmətli insanlar çoxdur - akademiklər, professorlar, mədəniyyət və elm xadimləri, iş adamları. Hamısı Rusiya vətəndaşıdır, hamısı da susur.


Diasporamız haradadır? Şərəfimizi qoruyan gənc oğlanlar sağ olsun. Bəs qalanları ? Dəfələrlə müşahidə etmişəm və bunu böyük təəssüf hissi ilə qeyd edirəm, ölkəsinə qarşı ən barışmaz mövqedə olanlar keçmiş vətəndaşlarımızdır.

 

Neyçün? Axı nəyə görə öz şəxsi problemlərinizi ölkənin boynuna yıxırsınız? Təbii ki, bu hamıya aid deyil. Amma Rusiyada iki milyon soydaşımız yaşayır.

 

Digər ölkələrdə də on minlərlə həmvətənimiz var. Əcnəbi ölkələrdə dəfələrlə öz ölkəsini sevən, hər şeyi atıb vətənə dönməyə, doğulduğu el-obasını qorumağa hazır olan vətənpərvər azərbaycanlılarla qarşılaşmışam. Axı, Vətən keçmiş olmur.

 

Solovyovun verilişinə baxdım. Yenə Kurqinyan və Şahnəzərov, üstəgəl, bizi anlamayan, ya da anlamaq istəməyən digərləri. Həqiqəti söyləməyə cəhd edənlər isə pulla ələ alınan yalançılar xoru tərəfindən susdurulur.


Əl verməyi belə lazım bilmədiyim liberal Tretyakov dünən "60 dəqiqə” proqramında bizim Fərhadın sözlərinə: "Nəyə görə Azərbaycan təbliğatını dinləməliyik!” çığırtısı ilə cavab verdi.

 

Mükalimə aparmaq üçün studiyaya gələn jurnalistin və ictimai xadimin efirdə bu cür davranışı biabırçılıqdır!

 

 

Tərcümə etdi: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...