“Düşmən gülləsi ilə ölən mülki şəxs şəhid sayılır?”- Qanunlar və din fərqli mövqedədir

“Düşmən gülləsi ilə ölən mülki şəxs şəhid sayılır?”- Qanunlar və din fərqli mövqedədir

Ermənistan tərəfi son günlər tək cəbhəyanı ərazilərdə deyil, digər bölgələrdə də mülki əhalini hədəf alır. Bunun nəticəsidir ki, sentyabrın 27-dən bu yana düşmən təxribatı nəticəsində 43 nəfər mülki şəxs dünyasını dəyişib.


Cəbhədə döyüşərək, dünyasını dəyişənlərə dövlət tərəfindən şəhid statusunun verilməsi məlumdur. Bəs, maraqlıdır, ermənilərin hədəfə alaraq öldürdüyü mülki əhaliyə də şəhid statusu verilirmi?


Məsələ ilə bağlı Sfera.az-a danışan "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova düşmən təxribatı nəticəsində ölən mülki əhaliyə şəhid statusunun verilmədiyini bildirib:


"Düşmən təxribatı nəticəsində həlak olan dinc əhaliyə dövlət tərəfindən şəhid statusu verilmir. Hətta hərbi xidmət vaxtı işdən evə gedərkən avtomobildə düşmən hücumu nəticəsində ölən şəxs də şəhid hesab edilmir. Bu qayda yəni, həmin şəxslərə şəhidlik statusunun verilməsi Türkiyədə var, amma bizdə yoxdur ”.


Məsələni dini baxımdan qiymətləndirən ilahiyyatçı-din xadimi Hacı Şahin Həsənli isə düşmən gülləsindən ölən dinc sakinlərin də şəhid olduğunu bildirib:

"Ermənistan növbəti dəfə öz çirkin xislətini ortaya çıxarıb döyüş şəraitində dinc əhalini atəşə tutur. İstənilən savaşda dinc əhali öldürülürsə onlar da şəhid hesab olunur, şəhadət zirvəsinə ucalır. Çünki bunun əsas səbəbi müharibədir və o insanlar evlərində də olsa ordunun yanındadırlar.

 

Əgər hansısa jurnalist cəbhədə öz peşə fəaliyyətini yerinə yetirən zaman həyatını itirsə o da şəhid hesab edilir. Ümumiyyətlə savaş zamanı düşmən gülləsindən öldürülən insanlar şəhadət zirvəsinə ucalmış sayılırlar”.

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dünənki konsert üçün Bakıya gəldi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün dünyaşöhrətli amerikalı müğənni Castin Timberleyk Bakıda konsert verib. Onun konsertində 25 minə yaxın turistin iştirak etdiyi b...

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. &n...

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...