Paşinyan Lavrovun təklifini niyə rədd etdi? – Zərdüşt Əlizadə baş verənləri oyun adlandırdı

Paşinyan Lavrovun təklifini niyə rədd etdi? – Zərdüşt Əlizadə baş verənləri oyun adlandırdı

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Madrid prinsiplərini gündəmə gətirib.


Rusiyalı nazir işğal altında olan 7 rayonun danışıqlar yolu ilə geri qaytarılmasını təklif etsə də Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında bu təklifə rədd cavabı verib.


Maraqlıdır, bütün mənalarda ölkəmizə uduzan və çətin durumda olan Ermənistanın Lavrovun təklifinə rədd cavab verməsi nə ilə bağlıdır?


Məsələ ilə bağlı Sfera.az-a danışan Zərdüşt Əlizadə bu təklifi "ictimaiyyətə oynamaq” adlandırıb:


 


"Əgər onlar Lavrovun da dediyi kimi Madrid prinsiplərinə əməl etsələr 5 rayonu müharibəsiz tərk etməlidirlər. Sonra gözləməlidirlər ki, azərbaycanlı qaçqınlar öz kəndlərinə qayıtsın. Bununla artıq kommunikasiyalar açılacaq, Azərbaycan-Ermənistan münasibətləri bərpa olacaq.

 

Ticari münasibətlər formalaşacaq ki, bu da illər çəkəcək. Bütün bu müddət ərzində Dağlıq Qarabağ erməniləri ilə Azərbaycan arasında status söhbəti başlayacaq və bunun da konkret müddəti yoxdur. Ona görə də Ermənistan bu təklifə getmir.

 

Lavrovun təklifinə Paşinyanın mənfi cavab verməsi də normal haldır. Çünki Rusiya tərəfinin bu mövzuda maraq və istəkləri hamımıza məlumdur. Lavrov sadəcə beynəlxalq ictimaiyyətə oynayır”.

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...