Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert

Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert
Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdə bu günə kimi Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini çökdürüb.

Sfera.az xəbər verir ki, bunu  hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərov bildirib ki, düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itirib: "İndi gizlənib Azərbaycanın mülki əhalisini atəşə tuturlar. Ancaq bunun da heç bir nəticəsi olmayacaq, yaxın günlərdə biz Ermənistanın çökməsinin şahidi olacağıq.

Artıq bütün cəbhə boyu üstünlük Azərbaycan ordusunun əlindədir. Azərbaycan ordusunun kifayət qədər şəxsi heyəti, silah-sursatı var. Ermənilər indi sayıqlayırlar ki, guya Azərbaycan muzdlulardan istifadə edir. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur, çünki Azərbaycan əhalisinin 4 milyonu silah tutmaq gücündədir və lazım gələrsə, onlar hamısı döyüşə gedə bilər.

Ermənistanda heç 2.5 milyon əhali yoxdur və onun da yarısı ölkədən qaçmaq haqqında düşünür. Bu gün Ermənistan mülki təyyarələrlə silah gətirməyə çalışır. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Deyilənə görə, 20 reysdə silah gətiriblər. O silahlar nə verəcək ermənilərə? 20 reyslə heç bir artilleriya alayının normal təminatını həyata keçirmək mümkün olmaz. Bu dəfə onlar layiqli cavablarını alırlar”. 
(trend)


OXŞAR XƏBƏRLƏR

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...