Ermənilər Tərtərdə yaşayış binasına yenə mərmi atdı - FOTO

12:17 / 15.10.2020
1205
Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.
Sfera.az xəbər verir ki, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtərdə beşmərtəbəli yaşayış binasına düşüb.
Binanın ikinci mərtəbəsində yerləşən mənzilin içinə düşən mərmi dağıntılara səbəb olub.
Hazırda düşmən təxribatı davam edir.
(qafqazinfo)