Türkiyəni masa arxasına gətirəcək “dördlük formatı” – Yeni düzən, yeni həll variantı

Türkiyəni masa arxasına gətirəcək “dördlük formatı” – Yeni düzən, yeni həll variantı

"Münaqişənin tənzimlənməsi yolunda Türkiyə-Azərbaycan və Rusiya-Ermənistan formatı real balans yaratmaqla yanaşı vəziyyətdən çıxmaq üçün əsaslı ümidlər yaradır. Ona görə də bu format mütləqdir, vacibdir və böhrandan çıxmaq üçün ən önəmli şərtdir”.


Sfera.az-a açıqlamasında bu sözləri Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında telefon danışıqları fonunda Dağlıq Qarabağ konfliktinin həlli üçün Ankaranın təklif etdiyi Türkiyə-Azərbaycan və Rusiya-Ermənistan formatının qəbul edilməsinin mümkünlüyünə toxunarkən siyasi icmalçı Qulu Məhərrəmli deyib:


"Yeganə variant olaraq məhz Türkiyənin təklif etdiyi və Azərbaycanın dəstəklədiyi, Putinin də Ərdoğanla görüşdə müsbət reaksiya verdiyi həmin "dördlük” formatı müəyyən ümidlər yarada bilər”.


Həmsöhbətimizə görə, sözügedən "dördlük” ən uğurlu mümkün formatdır: "Bu formatın meydana çıxması hesab edirəm ki, münaqişənin həlli üçün ən dürüst formatdır. Burada təmsil olunan dövlətlər bölgədə marağı olan ölkələrdir. Həmçinin konfliktin həll olunması yolunda Türkiyə ilə Rusiya söz sahibidirlər. Digər başqa variantlar isə hesab edirəm ki, ancaq danışıqları uzatmağa hesablanmış planlardır.

 

Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ prosesdə sanki loyal görünür, amma müəyyən dərəcədə subyektivliyə də meyllənir. Fransa və onun rəhbərinin verdiyi bəyanatlar göstərdi ki, Paris Ermənistanın arxasında dayanır, ona silah və diplomatik dəstək verir”.

 

 

Q. Məhərrəmlinin fikrincə, Türkiyənin masa arxasında oturması tarixi zərurət və ədalətli yanaşmadır: "Çünki Minsk qrupunda təmsil olunan hər 3 həmsədr ölkə Ermənistanın yaxın tərəfdaşlarıdır. Amma o qrupda Azərbaycanın yanında dayanan, haqqı, ədaləti müdafiə edən dövlət yoxdur.


Belədə həmin "dördlük” formatının reallaşacağına ümid edirəm. Moskva iradə göstərsə, bu format yarana bilər və münaqişə tezliklə sona çatar. Türkiyənin bu məsələyə qoşulması regionumuza davamlı və zəruri sülhü gətirəcək”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İmaməddin Əlimanovla bağlı hökm elan olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. ...

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...