Ermənilərin Baharlıya atdığı mərmi yanğına səbəb oldu - FOTOLAR

11:39 / 15.10.2020
1063
Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.
Sfera.az-ın verdiyi məlumata görə, düşmən tərəfindən atılan mərmi Ağdamın Baharlı qəsəbəsində daha bir evin dağılmasına və tövlənin yanmasına səbəb olub.
Qeyd edək ki, bu gün ermənilər sözügedən qəsəbədə iki mülki vətəndaşımızı - 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlunu yaralayıb.
(qafqazinfo)