K.Nurullayeva: “Nizami rayon sakinlərini narahat edən sosial problemlər tərəfimizdən nəzarətə götürülüb”

K.Nurullayeva: “Nizami rayon sakinlərini narahat edən sosial problemlər tərəfimizdən nəzarətə götürülüb”
Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə növbəti canlı görüşü sentyabrın 25-i Keşlə qəsəbəsi R. Ağayev 4, Q. Sadıq, 1-ci Köndələn 4a, M. Ağayev 39, T. Bədəlov 40 və Zakir 11 ünvanlarında baş tutub. Karantin qaydaları çərçivəsində keçirilən görüş zamanı sakinlərin bir sıra problemlərini yaxından dinləmək və müzakirə etmək imkanı yaranıb. Su xətlərinin çəkilməsi, kanalizasiya xətlərinin bərpa edilməsi, mənzillərin üzərindən keçən yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi və məşğulluğun artırılması sakinlərin qaldırdığı əsas məsələlər sırasında olub. Qeyd edilən problemlərlə yanaşı, Keşlə qəsəbəsinin sakinlərini ən çox narahat edən iki mühüm məsələ daha çox diqqət çəkib. Bu problemlərdən biri Keşlə qəsəbəsindən keçən 30 saylı marşrut xəttinin bərpa edilməsi ilə bağlıdır. Belə ki, Babək prospekti ilə Keşlə qəsəbəsini əlaqələndirən döngənin bir neçə kilometr irəlidə olması hazırda marşrut avtobuslarının qəsəbəyə girişinə imkan vermir. Həmçinin Keşlə qəsəbəsindən keçən dəmiryol xətti ilə avtomobil yolunun kəsişməsində yenicə istifadəyə verilmiş yeraltı tuneldə işlər tamamlanmadığından tunelsonrası qəsəbəyə daxil olmaq üçün avtomobil yolunun da olmadığı diqqətə çatdırılıb. Əslində tunelin çıxışında kiçik bir dairənin inşa edilməsi bu problemin aradan qaldırılmasında effektiv ola bilər.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan bütün məsələlər nəzarətə götürülüb. Yeni marşrut xəttinin çəkilişi və dairənin inşası ilə bağlı prioritet məsələlərin həll olunmasına köməklik göstərilməsi məqsədilə Baş nazir Əli Əsədova müraciət ünvanlanıb.

K.Nurullayeva bildirib ki, pandemiya dövründə müəyyən məhdudiyyətlərə baxmayaraq, seçiciləri qayğılandıran bütün məsələlər diqqətdə saxlanılır: "Həmişə olduğu kimi, bu dəfə də seçicilərimlə canlı görüşmək, onların fikir və təkliflərini dinləmək mənim üçün çox xoş oldu. Milli Məclisin üzvü kimi hər zaman seçicilərimin yanında olacaq, heç zaman onlardan dəstəyimi əsirgəməyəcəm”.


OXŞAR XƏBƏRLƏR

İmaməddin Əlimanovla bağlı hökm elan olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. ...

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...